Kinoklublar mədəniyyət mərkəzləri kimi fəaliyyət göstərəcək

Son güncelleme: 22.05.2010 17:39
  • Sovet hakimiyyəti dağıldıqdan sonra fəaliyyəti dayandırılan kinoklublar bundan sonra mədəniyyət mərkəzləri kimi xidmət göstərəcək.

    Bu barədə Lent.az-a mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məlumat verib. Nazir müavinin sözlərinə görə, nazirlik bununla bağlı proqram hazırlayır. Sevda Məmmədəliyeva bildirib ki, hazırda kinoklubların siyahıya alınması prosesi gedir.



    “Bu iş başa çatdıqdan sonra həmin binalar bərpa olunacaq və əlverişli mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək”- deyən nazir müavini bəzi yerlərdə kinoklubların özəlləşdirilməsinə münasibət bildirib, bu məsələnin nazirliyinin diqqət mərkəzində olduğunu söyləyib.
#22.05.2010 17:39 0 0 0