Ayrıldıq- Bəxtiyar Vahabzadə

Son güncelleme: 01.06.2010 13:43
  • Ayrıldıq... güc gəldi bizə hücumlar,
    Ayrıldıq... usanıb tənədən, sözdən
    Bizdən razı qaldı yadlar, qohumlar,
    Biz razı qalmadıq öz-özümüzdən
    Ayrıldıq.. nəğməmiz qaldı yarımçıq
    Fikirlər pərişam, könüllər qırıq.
    Ayrıldıq...de harda ləngidi zaman?
    İndi nə sən sənsən, nə də mən mənəm.
    Başımda tufanlar hayqırdıqdan,
    Meyvəsi dəyməmiş tökülən mənəm.
    Dağlara dırmanıb ardımca qoşdum,
    O axar sulara qarışan mənəm!
    Taleyin hökmüylə sən çox vuruşdun,
    Bu ağır hökm ilə barışan mənəm!
    Yandıran da mənəm, yaxılan da mən
    Döyən də, vuran da, yıxılanda mən !
    Ayrıldıq...
    Bilmədik
    Neçin,
    Nədən biz?
    Ayrıldıq...
    Ayrılmaq istəmədən biz !...

    Bəxtiyar Vahabzadə
#01.06.2010 13:43 0 0 0