Tarixdə bu gün - 4 iyun

Son güncelleme: 04.06.2010 00:23


  • 4 iyun. İlin sonuna 210 gün qalır.

    1800. Vaşinqtonda Ağ Evin tikintisi başa çatıb. Prezident Con Adams ailəsi ilə birgə ora köçüb

    1878. Osmanlı imperiyası Kiprin idarəçiliyini ingilislərə verib

    1916. Birinci dünya müharibəsi. General Brusilovun komandanlıq etdiyi rus ordusu əks həmləyə keçib. Bu hadisəyə "Brusilov hücumu" adı verilib

    1918. Batumda Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında dostluq haqqında müqavilə imzalanıb. Bu ADR-in xarici dövlətlə bağladığı ilk müqavilə idi

    1926. Müğənni Fatma Mehrəliyeva anadan olub

    1929. Kamança ustası Elman Bədəlov anadan olub

    1930. AKP-nin X qurultayı başa çatıb

    1944. İkinci dünya müharibəsi: Müttəfiq qoşunları Romaya daxil olub

    1959. Kuba ABŞ-a məxsus şəkər fabrikləri və plantasiyalarını milliləşdirib

    1982. İsrail qoşunu Livana soxulub

    1989. Ufa yaxınlığında keçmiş SSRİ tarixində ən ağır dəmir yol qəzası baş verib. Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak olub, 600 nəfər xəsarət alıb

    1993. Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hərbi qiyam baş verib

    2009. "Barmek"in keçmiş rəhbəri Hüseyn Arabul Azərbaycandan Gürcüstana qaçmaq istəyərkən yaxalanıb

    Günün aforizmi

    "Ən kamil ağıl - ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir".

    Kəlilə və Dimnə
#04.06.2010 00:23 0 0 0