İçi doldurulmuş kartof

Son güncelleme: 04.06.2010 10:10
  • noimage


    Lazım olan ərzaqlar:

    Kartof-6 ədəd
    Baş soğan-1 ədəd
    Cəfəri-zövqə görə
    Ət-toyuq əti,ya da mal əti-zövqə görə
    Kərə yağı-1 xörək qaşığı
    Duz,istiot-zövqə görə
    Pendir (sürtkəcdən keçirilmiş)-50 qram
    Un-1 xörək qaşığı
    Yumurta-1 ədəd
    Göy soğan-zövqə görə

    Hazırlanması:


    Kartofu yuyub qaynadırıq.Cəfərini və göy soğanı doğrayırıq.Baş soğanla əti isə xırda halda doğrayaraq yağda qızardırıq.
    Kartofu təmizləyərək ortadan bölüb içini səliqəli halda çıxarırıq və dördkünc doğrayırıq.
    Qızardılmış əti göyərti və pendirlə qarışdırırıq.
    Xırda doğranmış kartofu da bu qarışığa əlavə edirik
    Hamısını qarışdırıb duz və istiot əlavə edirik.
    Ortadan bölünmüş kartofların içini doldururuq,birləşdirərək un,yumurta və yenə də una ətraflı batıraraq yağda qızarandırıq.
    Gözəl görünüşə malik və zərif xırçıltılı yemək alınır.
    Həm ləzzətli,həm iştahaçıcı görünüşə malik,həm də ucuz və asan başa gələn bir resept.
#04.06.2010 10:10 0 0 0