Vetenin - Qosma - Dede Semsir

Son güncelleme:
  • Könül aşiqisən dolan, yorulma,
    Hey başına, ayağına vətənin.
    Bu cənnətdən qeyri yana vurulma,
    İsin isti ocağına vətənin.

    Ata yolu saxlayırmı hər oğul?
    Öz yurdunun qurbanıdı hər oğul.
    O bir ana, mən də ona bir oğul,
    Sığınmışam qucağına vətənin.

    Qoy güllə xainin gözünə dəysin,
    Şəmşirin söz oxu üzünə dəysin.
    Daş atanın daşı özünə dəysin,
    Toxunmasın dırnağına vətənin.
0 0 0