Ogluyam - Qosma - Dede Semsir

Son güncelleme:
  • Qartal düşüncəli, şair xəyallı,
    Tərlan yuva salan dağlar oğluyam.
    Anam İstisudu, atam Dəlidağ,
    Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

    Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
    Vüqarım Şah dağı - əl çata bilməz.
    Məkanın Çalbayır, oylağım Kəpəz,
    Min çiçəkli bir laləzar oğluyam.

    Cavahirdir Azərbaycan torpağı,
    Qızıl, gümüş hər sərvətin yatağı,
    Uca zirvələrin - lalə bayrağı,
    Şəmşirəm, nə gözəldi diyar oğluyam.
0 0 0