30 ildir meşədə yaşayan qadını vəhşi heyvan parçaladı

Son güncelleme: 09.06.2010 13:22
  • noimage

    Gədəbəy sakininin ruhi xəstə olduğu bildirilir

    Gədəbəy rayonu, Hacılar kənd sakininin meşədən parçalanmış şəkildə meyiti tapılıb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, vəhşi heyvan tərəfindən parçalanan şəxs 80 yaşlarında olan Moruq Alıyeva adlı qadın olub.

    Kənd əhalisinin Gədəbəy rayon prokurorluğuna verdiyi ifadələrə görə, Moruq Əliyeva ruhi xəstə olub. Heç kimi olmayan qadın 30 ilə yaxındır çöllərdə, meşələrdə yaşayırmış.

    Bu müddətdə kənd sakinləri Moruq Əliyevaya bəzən qida və geyim verərək, kömək ediblər. Evinə dönməyə isə razı sala bilməyiblər.

    Moruq Əliyeva Qazax rayon ruhi xəstəxanasında qeydiyyatda olub.

    Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

    Vüqar Baba

    Qaynaq:LENT.AZ
#09.06.2010 13:22 0 0 0