Oşda qanlı qarşıdurma yeniləndi 82 ölü

Son güncelleme: 13.06.2010 23:37
  • noimage

    İyunun 13-də Qırğızıstanın Oş şəhərində iğtişaşlar yenidən güclənib.

    Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, şəhərdə yanğınlar və toqquşmalar başlayıb, atəş səsləri eşidilir.
    Yerli sakinlər bildiriblər ki, hakimiyyət heç bir tədbir görə bilmir, şəhərin mərkəzi hissəsi cinayətkarların nəzarəti altındadır. Şəhərin giriş-çıxış yolları bağlanıb, bu səbəbdən də artıq bir neçə gündür ərzaq daxil olmur.
    Cəlalabad şəhərində isə küçələrdə barrikadalar qurulur, qocalar və uşaqlar şəhərdən çıxarılır. Şəhərdə ara-sıra atışma səsləri eşidilsə də, fəal qarşıdurma müşahidə olunmur.
    Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı rəsmi açıqlamaya görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb, 700 nəfərə yaxın yaralı var.
    Ölkənin müvəqqəti hökuməti 50 yaşadək vətəndaşların qismən səfərbərliyini elan edib.

    Qaynaq:LENT.AZ
#13.06.2010 23:37 0 0 0