Qadın Xanım Xatın Ana - İsmayıl Cəmili

Son güncelleme: 21.06.2010 01:14
  • Qadın

    Xanım

    Xatın, Ana

    Canından can payı verən insana

    Yaşam bağışlayan cahana





    Qadın

    Sevgi ocağı

    Sevda sarayının çiçəkdən tacı



    Qadın

    Rəhmətinin nemətilə

    Dərdlərimiz tapan dərman

    Qarşılıq gözləmədən

    istəmədən

    Ömrün-günün edən ehsan



    Qadın

    Qaranlıq yasaların

    Küf qapsayan dosyaların

    Hörümçəkli inamların caynağında

    Olan qurban

    Dondan dona girən

    Nan-korların duzağında

    Səssiz alovlanan

    içində alışan yanan

    Günəş kimi öz-özlüyü danılan



    Qadın

    Daş başların qorqusunda daşlanan

    Qul tək alınan-satılan

    Çarəsizlik çəmbərində yanılan-Yandırılan

    Uydurmalar qamçısıyla danılan

    Yarım adam sanılan



    Qadın, yenədə Qadın

    Qadınlığı yaşamın yeniliyin yaz nəfəsi

    Sevginin sevdanın, gözəlliyin səsi

    Qadın incəliyin inci bulağı

    Qadın şirin laylalar qucağı

    Qadın həyatın ana ocağı
#21.06.2010 01:14 0 0 0