Üzərinə sarımsaqlı qatıq tökülsə, bir növ yalançı mantı olacaq. Mən quru yeməkləri çox sevmədiyim üçün, içinə əlavə olunacaq pomidor və ya pomidor suyu miqdarının artırılması lazım olduğunu düşünürəm.
Laızm olan ərzaqlar
- 1 paket makaron
- 4-5 ədəd pomidor
- 2-3 diş sarımsaq
- 200 qram qıyma
- 1 su stəkanı holland pendiri (əsl resept də parmesan istifadə edilir)
- 2 yemək qaşığı zeytunyağı
- Zövqə görə ədviyyatlar
Makaronları, içinə duz və bir az maye yağ əlavə etdiyiniz bol suda, çox yumşalmayacaq şəkildə qaynadın. Soyuq sudan keçirin və yaxşıca süzün. Qazana təkrar qoyun. Üzərinə 1 yemək qaşığı zeytunyağını əlavə edib, bir az qarışdırın və bir kənarda qoyun
Tavaya 1 yemək qaşığı zeytunyağı qoyub, qıymanı əlavə edin. Sarımsağı əzib, qıymanın içinə qoyun və taxta qaşıqla qarışdıraraq bir az qovurun. Duzunu, qara bibərini də əlavə edib, 2 dəqiqə bişirin. Sonra rəndələnilmiş pomidorları da əlavə edin və təxminən 20 dəqiqə, qıymalı farş suyunu çəkincəyə qədər bişirin.
Rəndələnilmiş holland pendirinin yarısını makaronların üzərinə tökün və yaxşıca qarışdırın . Yumru makaronları dik bir şəkildə tavaya düzün . Üzərini qıymalı farş ilə örtün. Qıymalar makaronların arasına da girsin.
220 derəcə sobada 15 dəqiqə bişirin, çıxarın, üzərinə qalan holland pendiri rəndəsini gəzdirib, 10-15 dəqiqə daha bişirin.
Sobadan çıxardıqdan sonra 15 dəqiqə saxlayın dilim şəklində süfrəyə verə bilərsiniz.