Südün yumuşaltma özəlliyi üzünüz üçün heqiqətən yararlıdır.Yarım stəkan süd tozuyla suyu qarışdırın,tam həll olana kimi.Ardından maska kimi üzünüzə sürtün və 30 dəqiqə üzünüzdə saxlayın.Yuduqdan sonra,üzünüzün nə qədər yumuşaldığını görəcəksiniz.
Yayın ən böyük problemlərindən biri günəş yanıqlarıdı.Tətildəykən yanıqlardan canınızı tez qurtarmaq istəyirsinizsə süd tozu,süd,çox az duz və su qarışımını günəşdən zərər görən yerlərinizə sürtün.
Qarğıdalı qaynadarkən suyun içinə bir qiqdar süd də tökün.Nə qədər yumuşaq və ləzzətli olacağını görəcəksiniz.
Soyuq südü əlinizə töküb suyla yusanız əlinizi həm kirdən təmizləyəcəksiniz,həm də yumuşaq bir cildə sahib olacaqsınız.Əyər bir dəfədə yumuşalmırsa,gün içində bir neçə dəfə sınayın.
Südün rahatlayıcı xeyiri yayın ən böyük baş bəlalarından olan ağcaqanad dişləməsinədə çarə olur.Südü su və bir az duzla qarışdırın və ağcaqanad dişləyən yerlərin üzərinə sürtün.Qaşıntı və qızartı anında yox olur.
Südün daha bir xeyiri mürəkkəb ləkəsini də çıxartmağıdı.Limon suyuyla qarışıq südü mürəkkəb ləkəsinə sürtdükdə ləkəni tez müddətə çıxardır
Dəri ayaqqabılarınızı və digər dəri geyimlərinizii südlə parıldada bilərsiniz.Bezi südə batırın və geyiminizi bu bezle silin.Par-par parıladığını görəcəksiniz.
Hər kəsin bildiyi süd vannası dərinizi yumuşaldır və rahatlıq verir.Vannanızın içini südlə doldurun və içində ən az 30 dəqiqə qalın.
Süd,gliserin,təbii qoxulu yağlar.Bunları qarışdırın.Hazırladığınız qarışımı bir neçə saat qaynadın və şəkil vermək üçün fiqurnu qablara tökün.
Qadınların gün içində etdikləri makiyajı təmizləmək üçün ən təbii təmizləyici süddür.Süd tozunu ilıq suyla qarışdırın və makiyajınızı silin.