Dərinin qocalmasının qarşısını almağın profilaktikası, gündəlik qırışlara qarşı maska
və kremlərdən istifadə etməkdən əlavə, qida rasionuna südün əlavə edilməsidir.
Südün tərkibində olan vitamin D dərinin qocalmasına qarşı elə effektiv təsir göstərir ki,
onu qida rasionuna daxil etdikdə qocalmanin genetik əlamətləri aradan götürülür.
Bu barədə məlumat "Klinik qida jurnalında" verilmişdir. Bunu amerika tədqiqatçıları
dərc etdirmiş, və gərginliyə, iltihaba cavabdeh olan genetik leykosit markerinin
(LTL) aşağı düşməsi ilə D vitamininin yüksək səviyyəsi arasında əlaqəni qeyd
etmişlər. Bu göstərici qocalığın biologiyasının əsas determinantı olub, orqanizmin
xərcəngdən, autoimmun xəstəliklərdən,
birinci tip diabetdən,revmatik artritdən müdafiəsinə şərait yardır.
Lakin ən əsası onun qocalıq prosesini ləngitməsidir.
Buna həmçinin süddə olan kalsi də səbəb olur. Odur ki , kim uzun illər sağlam
və gənc qalmaq istəyirsə, mütləq hər gün bu
qiymətli qida məhsulundan istifadə etməlidir.