"Əli və Nino" kitab mağazaları şəbəkəsi ənənəvi olaraq hər ay on ən çox satılan kitabların siyahısını elan edir.
Lent.az-ın məlumatına görə, iyun ayında Azərbaycanın ən yaxşı satılan 10 kitabı bunlardır:
1. Qaraqan. "A"
2. Fəxri Uğurlu. "Hekayələr "
3. Anar. Günel Anarqızı. "Ağ liman. Beşmərtəbəli evin altıncı mərtəbəsi. Altıncı".
4. Qaraqan. "Bir milyon dollarım olsaydı"
5. Kamran Nəzirli. "Hekayələr"
6. Əli Xəyyam. "Deyil"
7. Şərif Ağayar. "Kərpickəsən kişinin dastanı"
8. Eyvaz Əlləzoğlu. "Odunçu geri qayıdır"
9. Vüsal Nazimoğlu. "23 addım"
10. Günel Mövlud. "5 XL"
Qeyd edək ki, bu siyahıya Milli Kitab Mükafatı layihəsi çərçivəsində nəşr olunmuş kitablardan beşi daxil olub. Bu da onu göstərir ki, layihənin bitməsinə baxmayaraq, oxucuların MKM-də təqdim olunmuş əsərlərə marağı azalmayıb.