İyulun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.
AYB-nin mətbuat xidmətindən Lent.az-a verilənverilən məlumata görə, yubiley tədbirinə Türkiyədən və MDB ölkələrindən qonaqlar dəvət olunublar. Tədbirdə şairin şeirləri və sözlərinə yazılmış mahnılar ifa ediləcək.