1559. Mariya Stüart İngiltərə taxt-tacına sahib olub
1856. Xorvat fizik Nikola Tesla anadan olub
1878. ingilis hakimlər futbol matçında fitdən istifadə etməyə başlayıb. Buna qədər oyunu idarə edən hakimlər qışqırırdılar
1910. Türkiyənin məşhur Cərrahpaşa xəstəxanası açılıb
1918. İngilis yazıçı Ceyms Oldric anadan olub
1925. Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA, indiki İTAR-TASS) təsis edilib
1962. ABŞ-ın ilk kommersiya peyki Telstar orbitə çıxıb
1969. Rəssam Cəbrayıl Əzimov anadan olub
1976. Çində baş verən zəlzələ nəticəsində 700 000-dən çox insan ölüb. Həmən gün BMT-də olan dövlət başçısı Mao Tse Dun isə jurnalistlərə müsahibəsində ümumiyyətlə belə bir hal baş vermədiyini deyib
1978. Çilidə tankerin batması nəticəsində 600 000 ton xam neft dənizə axıb
1991. Boris Yeltsin Rusiya prezidenti seçilib
1992. Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurub
1994. Ciddədə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Saziş imzalanıb
2003. Gəncədə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sazişə 1 saylı əlavə Protokol imzalanıb