Mükəmməl dəri üçün maskalar

Son güncelleme: 20.07.2010 17:26
  • Yay aylarının gəlməsiylə birlikdə günəşin və quru havanın zərərli təsirlərinə məruz qalan dərimizi qorumaq üçün maskalardan faydalana bilərik.

    Quru dəri üçün maska

    Tərkibi: Süd, duz, bal.

    Boş bir plastik su şüşəsinin içində bir litr süd, bir fincan duz və yarım fincan balı çalxalayaraq qarışdırın. Həftədə 1 dəfə bu köpüklə bədəninizi ovun, sonra durulanın.
    Süd dərini təmizləyər və qurutmaz. Duz ölü dərinin çıxmasına köməkçi olar.

    Qara nöqtələr üçün maska

    Tərkibi: Limon suyu, qatıq.

    Hazırlanması: Bir stəkan qatığa bir limonun suyunu qarışdırın. Həftədə 1 dəfə bu qarışığı üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq çıxarın.
    Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlaşdırar.

    Sızanaqlar üçün maska

    Tərkibi: Gül kələm, zeytunyağı.

    Hazırlanması: 8 ədəd gül kələm yarpağını 2 qaşıq zeytunyağı ilə birgə mikserdən keçirin. Həftədə 2 dəfə qarışığı, problemli bölgələr üzərində daha sıx olacaq şəkildə üzünüzə çəkin, 10 dəqiqə gözləyin və ilıq suyla təmizləyin.
    Gül kələm yarpaqlarının təmizləyici funksiyası vardır.

    Yağlı dəri üçün maska

    Tərkibi: Bal, süd, limon suyu.

    Hazırlanması: 1 qaşıq balı, 1 qaşıq limon suyunu və 1 qaşıq südü qarışdırın. Ayda 2-3 dəfə qarışığı üzünüzə və boynunuza çəkin və yüngülcə quruyana qədər gözləyin. Maskanı nəmli bir dəsmal köməkliyi ilə silərək təmizləyin.
    Bal dərini yumşaldır və bu maddələr dərinin yağ ifrazatını tarazlayır, çox yağ ifrazatı nəticəsi meydana gələ biləcək sızanaqların qarşısını alır.
#20.07.2010 17:26 0 0 0