Qadınlar toylarda sanki gözəllik yarışına gedirmiş kimi hazırlaşırlar.
Daha qəşəng ola bilmək üçün nə geyinməli və nə geyinməməlisiniz?
1. Əgər evlənən cütlük çox yaxın dostunuz və ya yaxın qohumunuzdursa, digərlərinə nisbətən daha yaxşı geyinməlisiniz.
Uzun və rəngarəng paltarlar, qısa tülpan ətəklər, krem rəngli tonlarda geyimlər, yay mövsümündəki toyda sizi gözəlləşdirməklə yanaşı, o izdihamın içindəki mövqeyinizə də uyğun olar.
2. Əgər bir ailə dostunuz, çox səmimi olmadığınız iş yoldaşınız və ya uzaq saya biləcəyimiz bir qohumunuzdursa, daha çox hər dərdə dərman və ya neytral adlandırdığımız parçanı rahatlıqla seçə bilərsiniz.
Çox vaxt bu bəhs etdiyimiz parça, qara və sadə bir paltardır. Əhəmiyyətli olan onu necə əynimizdə təqdim etməyimizdir, saçlarınız və makiyajınız, paltarınızla uyğunlaşmağıdır.
Çox sadə bir paltarı belə makiyajınızda istifadə etdiyiniz rənglərlə, saç düzümünüz və ya ayaqqabı seçiminizlə fərqliləndirə və zənginləşdirə bilərsiniz.
Yəni, evlənən cütlük, yaxın qohumunuz və ya səmimi dostunuz deyilsə, daha sadə olmağa diqqət yetirin.
Hansı formada olan geyimləri geyinmək olmaz
Ən vacib nüans: Ağ geyinmək olmaz!.. Bu gecə, Gəlinin gecəsidir. Ağ geyinmək haqqı gəlinə aid olmalıdır və izdihamda hər yerdən rahat görünməlidir.
Eyni şəkildə, qabarıq ətəkli bir gəlin paltarı seçən Gəlin Xanımın yanında, siz də qabarıq və böyük ətəkli geyimdə olmamalısınız.
Unutmayın, bu gecə onun gecəsidir və ən qəşəng, ən qabarıq ətəkli, ən gur saçlı adam o olmalıdır. Siz, çox yaxınınız olsa belə ondan daha sadə olmalısınız.
O gün diqqətlər onun üzərində olmalıdır. Buna görə diqqətləri üzərinizə çəkməyin.
Qoyun ən qabarıq ətək, saçdakı ən dəbdəbəli çiçək gəlinin olsun.