Ermənistandakı Rusiya hərbi bazasının statusu dəyişir.
Lent.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya və Ermənistanın imzalamağa hazırlaşdığı protokolun layihəsinə görə, Gümrüdəki hərbi baza tək Rusiyanın maraqlarını qorumayacaq, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bu məqsədə nail olmaq üçün Rusiya Ermənistana müasir silah və xüsusi texnikalarla təchizat məsələsində kömək edəcək.
Sənəddə qeyd olunur ki, Rusiya hərbi bazasının fəaliyyəti iki ölkənin 1992-ci il 15 mayda imzaladıqları Kollektiv Təhlükəsizlik haqda Müqaviləyə əsasən əldə etdiyi qarşılıqlı razılaşma əsasında və ölkələrin qanunvericiliyinə uyğun olaraq təmin ediləcək.
Razılaşmanın 49 il qüvvədə olması, tərəflərin narazılığı olmazsa, avtomatik olaraq 5 il müddətində uzadılması nəzərdə tutulub. Sənəd hazırda Rusiya Nazirlər Kabinetinin bankındadır.
LENT.AZ