Tarixdə bu gün - 1 Avqust

Son güncelleme: 01.08.2010 10:52


  • 1 avqust. İlin sonuna 152 gün qalır.

    Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" elan edilib.

    1291. İsveçrə Federal Paktının imzalanması İlə İsveçrə Konfederasiyası təşkil edilib. Bu tarix İsveçrədə milli bayram kimi qeyd edilir

    1473. Malatyada Uzun Həsən və Osmanlı sultanı II Mehmedin qoşunları arasındakı döyüşdə türklər məğlub olub

    1744. Fransız bioloq Jan Batist Lamark anadan olub

    1780. İsveçrə "daimi neytrallığını" elan edib

    1914. Almaniya Rusiyaya qarşı müharibə elan edib

    1918. Bakıda Sentrokaspi Diktaturası və Fəhlə, əsgər deputatları sovetinin müvəqqəti icraiyyə komitəsi birgə hökumət təşkil edib. Lakin bu hökumətin varlığı uzun sürməyib

    1939. Sovet İttifaqı Qəhrəmanı fəxri adı təsis edilib

    1944. Faşist qoşunlarına qarşı Varşava üsyanı başlayıb

    1960. Kinoşünas Ayaz Salayev anadan olub

    1961. Bəstəkar Qəmbər Hüseynli vəfat edib

    1975. Helsinkidə sülh və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da ATƏM (indiki ATƏT) təşkil edilib

    2000. Azərbaycanda bütün nəşriyyat işləri və yazışmalar latın qrafikasına keçirilib

    2009. Azərbaycanın bütün hərbi attaşeləri Bakıya çağırılıb...

    Günün aforizmi:

    "Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
    Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
    Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi
    Bu dil - əcdadımızın bizə qoyub getdiyi
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək
    Qoruyub, nəsillərə biz də hədiyyə verək".

    Bəxtiyar Vahabzadə


#01.08.2010 10:52 0 0 0