Dəri üçün maskalar

Son güncelleme: 04.08.2010 13:09
  • Dəriye Qulluq - Gözəl Dəri Üçün Ne Etməli - Üz Üçün Maskalar - Dəri Ləkələrinə Təbii Maskalar




    Dərinizdəki ləkələrdən xilas olmaq üçün təbii maskalardan istifadə edin.


    Vəsaitlər: Yumurta sarısı + süd..
    Hazırlanması: Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə çəkin, 15 dəqiqə gözləyin. Ardından salfetlə silərək təmizləyin.. Maskanın içərisində olan yumurta sarısı dərinizi bəsləyərkən, süd nəmləndirəcək və daha aydın bir görünüş verəcəkdir.


    Vəsaitlər: Limon suyu + yoqurt..
    Hazırlanması: Bir yoqurta bir limonun suyunu qarışdırın. Bu qarışığı üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Quruyan maskanı ilıq suyla yuyun. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrə qarşı yaxşı təsir göstərər. Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.


    Vəsaitlər: 3 çay qaşığı toz halına gətirilmiş badam, 1çay qaşığı şirin badam yağı, 1 çay qaşığı krem 1 ədəd yumurta sarısı..
    Hazırlanması: Bu vəsaitləri qarışdırın, üzünüzə çəkin. İçində olan badam yağı və yumurta sarısı sayəsində dəriniz təravətlənəcək . Bu bəsləyici maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.


    Qaynar suya yarım çay stəkanı alma sirkəsi qoyaraq buxar maskası edə bilərsiniz. Bu əməliyyat dəri üzərində olan inadçı tünd ləkələri azaldacaq, dəriyə bütünlük təmin edəcək.


    İki kartofu rəndələyin. Suyunu sıxın və üzünüzü bununla silərək qurumağa buraxın. Kartofun tərkibində olan bir maddə dərini sürətlə nəmləndirərək qızartıları azaldır
#04.08.2010 13:09 0 0 0