Havanın hərarəti 41 - 42 dərəcə olacaq

Son güncelleme: 04.08.2010 13:22
  • noimage

    Azərbaycanda qızmar hava davam edəcək

    Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava günəşli keçəcək, cənub-şərq küləyi əsəcək.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 37-40, axşam 28-31, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.


    Avqustun 5-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 24-26, gündüz 37-40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.


    Avqustun 6-da şimal, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 24-27, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.


    Avqustun 7-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 24-28, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.


    Azərbaycanın rayonlarında avqustun 5-də şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.


    Avqustun 6-7-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq.
    LENT.AZ
#04.08.2010 13:22 0 0 0