Müğənni Səidə Dadaşova Türkiyənin İzmir şəhərində silsilə konsertlər verib. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, "Buyuk Izmir Kent Orkestrası" ilə birlikdə bir neçə konsert proqramı ilə çıxış edib.
Konsertlərinin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirən Səidə Dadaşova bir neçə konsert təklifi aldığını deyir. Sənətçi hər konsertində Azərbaycan və türk bəstəkarlarının bəstələrindən ibarət 20-yə yaxın mahnı ifa edib.
Qeyd edək ki, Səidə Dadaşova türk iş adamı ilə ailə qurub.