4 ədəd mal filesi
4 yemək qaşığı duru yağı
1 stakan göbələk doğranmış
2 yemək qaşığı kərəyağı
1 çay qaşığı çox incə doğranmış soğan
2 ədəd orta ölçülü qabıqları soyulub pürə halına salınmış pomidor
½ çay qaşığı un
1 dəstə doğranmış cəfəri
duz, istiot zövqə görə
Yeməyin hazırlanma qaydası
Qazana kərə yağının yarısını qoyuruq. Soğanı əlavə edin bir dəfə qarışdırın, göbələyi əlavə edin və 1-2 dəqiqə qovurub unu əlavə edin.
Biraz sonra pomidoru əlavə edin. Pomidorlar buraxacağı suyu çəkənə qədər 8-10 dəqiqə bişirib götürün.
İsti saxlayın. Mal filesini duzlayıb istiotlayıb tavada duru yağı ilə üç dəqiqə alt-üst bişirib qaba qoyun. (əti qaynatdıqdan sonra)
Pomidorlu göbələkli sousun içərisinə kərəyağını əlavə edib qarışdıraraq, cəfərisini qarışdırın və filenin üzərinə tökürük.