3 yumurta
1 stəkan şəkər TOZU
3/4 stəkan günəbaxan yağı
4 kök
2 çay qaşığı darçın
1 stəkan qoz içi
2 stəkan un
1 paket qabartma tozu
Üzəri üçün
1 banan
1 çay qaşığı pudra şəkər
2 yemək qaşığı labne pendiri
keksin hazırlanması:
Köklü və darçınlı keks: Yumurtalarla şəkəri bir qabda mikserlə çırpın. Günəbaxan yağını əlavə edin. Köklərin qabığını soyub mətbəx robotundan keçirin. Darçınla birlikdə qarışığa əlavə edib çırpmağa davam edin. Qozları mətbəx robotunda çəkin. Qabartma tozuyla birlikdə qarışığa əlavə edib çırpın. Ən son unu əlavə edib xəmir özünə gələnə qədər çırpmağa davam edin. Qarışığı yağlayıb unladığınız keks qəlibinə köçürün. Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobada 35-40 dəqiqə bişirin. Üzəri üçün banan, pudra şəkər və labne pendirini yaxşıca qarışdıraraq əzin. İlıq keksin üzərinə yayıb xidmət edin.
Köklü və darçınlı keks artıq hazır, nuş olsun.