Tarixdə bu gün - 10 Avqust

Son güncelleme:
  • 10 avqust. İlin sonuna 143 gün qalır.

    1634. Sultan IV Murad İrəvan qalasını tutub

    1793. Luvr Muzeyi açılıb

    1809. Ekvador müstəqillik elan edib

    1810. İtalyan siyasi xadim Kamillo Kavur anadan olub

    1845. Qazax mütəfəkkir Abay Kunanbayev anadan olub

    1895. Hərbi xadim Cəmşid Naxçıvanski anadan olub

    1903. Paris metrosunun 2-ci xəttində baş verən yanğın nəticəsində 94 nəfər həlak olub. Bu hadisə tarixə ilk metro qəzası kimi düşüb

    1904. Yapon qoşunu Port Arturda rus ordusunu darmadağın edib

    1913. Azərbaycan xalq rəssamı Kazım Kazımzadə anadan olub

    1913. İkinci Balkan müharibəsi Buxarest sülhü ilə başa çatıb

    1949. Müğənni Qəndab Quliyeva anadan olub

    1960. İspan aktyor Antonio Banderas anadan olub

    1975. Türk futbolçu İlhan Mansız anadan olub

    1990. "Magellan" kosmik aparatı Venera səthinə enib

    1990. Ermənilər Xanlar (indiki Göygöl) rayonu ərazisində Tiflis-Ağdam avtobusunda terror aktı törədib. Nəticədə 17 insan həlak olub və 15 nəfər yaralanıb

    2009. Litva prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gəlib

    2009. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına terror və donuz qripi təhlükəsi ilə əlaqədar olaraq İndoneziyaya getməməyi tövsiyə edib.

    Günün aforizmi:

    "Həqiqət havadır, onsuz nəfəs almaq olmaz".
    Turgenev
0 0 0