125 qr marqarin
2 yumurta
75 qr toz şəkər
150 qr un
1 çay qaşığı qabartma tozu
İç Üçün :
1 limon
750 qr sərt alma
125 qr marqarin
50 qr pudra şəkəri
1 şorba qaşığı vanilli pudinq
3 yumurta
Pudra şəkəri
Hazırlanması:
Sobanı 175 dərəcəyə nizamlayıb əvvəldən istilədin.Daha sonra yumru bir tort qəlibini yağlayın.
Marqarini əridib bir az soyumasını gözləyin. Yumurta və şəkəri krem halına gələnə qədər çırpın. Un və qabartma tozunu qarışdırıb dərhal yumurtalı qarışığa əlavə edin. Ərimiş marqarini də içinə qatıb qarışdırın.
Xəmiri qəlibə tökün və bir qaşıq köməyiylə 4 sm yüksəkliyində bir kənar meydana gətirin. Xəmiri soyuducuda saxlayın.
İç vəsaiti hazırlamaq üçün limonun qabığını rəndələyib suyunu sıxın.
Almaları yuyub qabıqlarını soyun. Dörd yerə bölüb tumlarını ayırın. Səliqəli doğrayın, sonra limon suyunu qatın. Marqarini, pudra şəkəri və pudinq tozu ilə krem halına gələnə qədər qarışdırın.
Yumurta sarılarını ağlarından ayırın. Yumurta sarılarını və limon rəndəsini marqarinli qarışığa əlavə edin.
Yumurta ağlarını yaxşıca çırpıb onları da qarışığa əlavə edin. Dilimlənmiş almaları bu krem ilə qarışdırıb xəmirin üzərinə tökün.
Tortu 55 dəqiqə sobada bişirin. Üstü çox qızarsa, bişirmək müddətinin yarısından etibarən üzərini gümüş kağızla bağlayın.