Çin üsulu plov

Son güncelleme: 18.08.2010 15:44
  • Tərkibi

    1 ədəd dilim-dilim doğranmış soğan

    2-3 kiçik və ya böyük doğranmış kartof

    2 ədəd doğranmış kök

    1 su stəkanı dolusu göbələk (doğranmamış, tam)

    Yarım kilo sümüksüz kiçik doğranmış qırmızı ət (dana və ya quzu ola bilər)

    1 boşqab bişirilmiş düyü



    Hazırlanması

    Dərin bir tavanı istilədin və 2 yemək qaşığı günəbaxan yağı tökün.
    Doğranmış soğanları yumşalana qədər orta temperaturda bir az qızardın. Əti başqa bir tavada qızardın, sonra ətləri soğana əlavə edin.
    Su əlavə edin və 2 saat qaynadın.
    Sonra kartofları, kök və göbələkləri əlavə edib qaynatmağa davam edin.
    Kartof və kök yumşaldıqdan sonra qarışdıraraq 15 dəqiqə də qaynadın.
    Plovla qarışdıraraq xidmət edin.
#18.08.2010 15:44 0 0 0