Ballı Meyvəli Dondurma

Son güncelleme: 19.08.2010 17:20
  • Tərkibi

    1 paket vanil
    100 ml süd
    3 yumurtanın sarısı
    2 yemək qaşığı bal
    500 qr krem şanti
    2 şaftalı
    150 qr böyürtkən
    1 yemək qaşığı limon suyu
    1 yemək qaşığı pudra şəkəri
    4-5 vafli parçaları


    Hazırlanması

    Südü bir qazanda istilədib vanili əlavə edin. Yumurta sarısı və balı bir qabda çırpın. Üzərinə isti südü tökün.
    Qarışığı biraz qatılaşana qədər çox aşağı istilikdə yaxşıca çırpın. Dibini tutmamasına diqqət yetirin.
    Qatılığa gələndə soyumağa qoyun. Krem şantini hazırlayıb, qarışığa yedirin. Sonra qarışığı 2-3 saat dondurucuda saxlayın.
    Şaftalıları yuyub tumlarını çıxardıqdan sonra dilimləyin. Böyürtkənləri yuyun.
    Hər iki meyvənin də üzərinə limon suyu və pudra şəkəri səpin.
    Soyuducundan dondurmanı çıxarın. Top halında stəkanlara yerləşdirin.
    Şaftalı, böyürtkən və vafliylə bəzəyərək, xidmət edin.
#19.08.2010 17:20 0 0 0