Darçınlı badımcan kababı

Son güncelleme: 19.08.2010 17:22
  • Tərkibi

    5 badımcan
    2 soğan
    500 qr quzu quşbaşı
    5 pomidor
    8 bibər
    2 şorba qaşığı zeytunyağı
    1.5 stəkan isti su
    1 çay qaşığı darçın
    Duz
    İstiot

    Qızartmaq üçün

    1 stəkan günəbaxan yağı

    Darçınlı badımcan kababının hazırlanması

    Badımcanların uclarını kəsib soyun. Uzun kəsib hər parçanı 4-5 sm uzunluğunda doğrayın. Badımcanların acısını götürmək üçün duzlu suda 10 dəqiqə gözlədib süzün. Soğanları təmizləyin. 2 pomidoru rəndələyib qalanları qalın dilimlərə kəsin. Bibərləri təmizləyib ortadan kəsin.

    Zeytunyağını qazanda isidib ətləri əlavə edin. Ətlər suyunu çəkənə qədər qarışdıraraq bişirin. Soğanı əlavə edib 5 dəqiqə gözləyin. Duz, istiot və darçınla dadlandırın. Doğranmış pomidoru əlavə edib qarışdırın. 2 stəkan isti su əlavə edib az atəşdə ətlər yumşalana və suyunu çəkənə qədər 30 dəqiqə bişirin.

    Qızartmaq üçün günəbaxan yağını tavada qızdırın. Badımcanları əlavə edib iki tərəfli qızardın. Bibərləri və qalan pomidorları qızardın. Ayrı-ayrı kağız dəsmal üzərinə götürüb artıq yağını götürün.

    Ətləri sousu ilə qabın ortasına yerləşdirin. Kənarına badımcan, bibər və doğranmış pomidorları düzün. İsti halda xidmət edin. Darçınlı badımcan kababı artıq hazırdır, nuş olsun.
#19.08.2010 17:22 0 0 0