Azerbaycan Metbexi - Azerbaycan Mutfağı - Azeri Mutfağı - Azərbaycan mətbəxi
Tərkibi:
balıq əti
150q, soğan
10q, üzüm yarpığı
45q, keşniş
20q, qatıq
50q, istiot və duz.
Hazırlanması:
Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur.