Badımcan Kotleti

Son güncelleme: 20.08.2010 14:12
  • Azerbaycan Metbexi - Azerbaycan Mutfağı - Azeri Mutfağı - Azərbaycan mətbəxi

    noimage

    Ərzaq:

    Kotlet üçün:

    300 qr çəkilmiş ət
    1 yumurta
    1 ədəd quru sogan
    1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış)
    1/2 çəfəri (dogranmış)
    duz, istiot

    2-3 ədəd badımcan
    1 ədəd pamidor

    2 ədəd bibər

    Sosu üçün:
    2 ədəd pamidor
    1 çay qaşığı tamat
    keklikotu, su

    Hazırlanması:

    Katlet üçün lazım olan ərzağı bir qabda qarışdırılır və 10-15 dəqiqə yaxşıca yoğrulur. 1-2 saat soyuducuda saxlanır. Badımcanlar ala-ala soyulur, uzun-uzun dilimlənir. üstünə duz səpilir və acısı cıxarılır. Yuyulur və təmiz bir dəsmalla qurulanır (sulu qızardılsa olmaz). Bol yağda qızardılır. Qızarılan badımcan dilimləri salfetkanin üzərinə qoyulur ki, yagını cəksin. Katlet qarışımından badımcanların sayisi qədər katlet d?zəldilir və qızardılır. Hər bir badımcan diliminin üzərinə bir katlet qoyulur və xalca durmələdiyimiz kimi bükülür, axıra qalan hissəsi altda qalacaq şəkildə tavaya qoyulur. üzərinə bibər dilimi, sonra pamidordan kəsdiyimiz dilimlər qoyulur və diş cöpü ilə tutdurulur. Rəndələnmiş pamidor,tamat, kəklikotu və su ilə hazırlanmış sosu üzərinə əlavə edib, 160-170 C də əvvəlcədən isidilmiş sobada bişirilir. (vaxti siz təyin edin, çünkü hər kəsin öz zövqü başqadır. Bəziləri çox qızardılmış istəyir bəzilər isə az.)
#20.08.2010 14:12 0 0 0