Ağ şokoladlı parfe

Son güncelleme:
  • İçindəkilər:

    225 qr Ağ Şokolad
    2.5 Stəkan Süd Kremi
    1/2 Stəkan Süd
    5 Yumurta sarısı
    1 Xörək Qaşığı şəkərtozu
    1 Stəkan Kokos
    1 Stəkan Şam Fıstığı

    Bəzəmək üçün:
    225 qr Sadə Şokolad
    1 Stəkan Krem
    1 Xörək Qaşığı Bal

    Hazırlanması:

    Ağ şokoladı kiçik hissələrə kəsib yarım stəkan kremlə birlikdə qarışdıraraq əridin. Kokosu əlavə edib qarışdırın və soyumağa qoyun. 1 stəkan kremi ayrı bir qabda tündləşənə qədər çırpın. Ağ şokoladlı qarışığa əlavə edin.

    1 stəkan krem və yarım stəkan südü kiçik bir qazanda qaynadın. Şəkərtozu və yumurta sarılarını dərin bir qabda çırpın. Çırpmağa dayanmadan qaynar südü əlavə edin. Qarışığı qazana töküb sobada 2-3 dəqiqə bişirin. Qaynamadan sobadan götürün və qarışdıraraq soyudun.

    Şam fıstıqlarını suda gözlədib soyun. Ağ şokoladlı qarışıq ilə yumurtalı qarışığı çırpın. Yarısını şüşə qəlibə tökün və soyuducuda 2 saat gözlədin. Şam fıstıqlarını yayıb üzərinə qalan qarışığı əlavə edin. 8 saat da soyuducuda gözlədin.

    Bəzəmək üçün:
    Adi şokoladı əridin. Kremi ayrı bir qabda istil edin. Sobadan götürüb şokolad və balı əlavə edin, qarışdırın. Parfeni boşqaba çevirərək qəlibdən çıxardın. Üzərini şokolad ilə bəzəyib xidmət edin.
0 0 0