Evinizdəki kosmetikalar

Son güncelleme: 21.08.2010 11:30
  • Kök: Dəridəki sərtliyi sağaldır, sağlamlıq və rəng verir.



    Xiyar: Dərini nəmləndirir və yağdan təmizləyir.



    Limon: Mikrobu yox edir, dərini yığır, sağlam edir və yağdan təmizləyir.



    Qatıq: Dərinin tez qırışmasını qarşısını alır, yumşaqlıq və elastiklik qazandırır.



    Süd: Nəmləndiricidir, dəriyə elastiklik qazandırır, dərini gücləndirir, nahamar dərini düzləşdirir.



    Cökə: Dəri toxumasını gücləndirir və yeni hüceyrə yaranmasını təmin edir.



    Gicitkən otu: Qan dövranını sürətləndirir. Yağlı saçlara və kəpəyə qarşı istifadə edin.



    Çobanyastığı: İltihabın qarşısını alır, problemli və həssas cildlər üçün çox əhəmiyyətlidir.



    Buğda kəpəyi: Dərini qurumaqdan qoruyar.



    Yaşıl çay: Dərini qidalandırır və qocalmaqdan qoruyur.



    Alma sirkəsi: Çox gözəl dərmandır. Dərini canlandırır və dərinin qorunma təbəqəsini gücləndirir. Quru və çatlaq dəridən, yağlı və sızanaqlı dəriyə qədər kömək edir. Saçlara yumşaqlıq və parlaqlıq verir.
#21.08.2010 11:30 0 0 0