Tarixdə bu gün - 24 Avqust

Son güncelleme: 24.08.2010 07:32
  • 24 avqust. İlin sonuna 129 gün qalır.

    79. Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri lava altında qalıb

    944. Ruslar Bərdə şəhərini işğal edib.

    1896. Ədəbiyyatşünas, tənqidçi Məhəmməd Ağaoğlu İrəvan şəhərində anadan olub

    1919. İngilis qoşunu Bakını tərk etməyə başlayıb

    1931. SSRİ və Fransa arasında bitərəflik sazişi imzalanıb

    1949. NATO-nun təsis edilməsinə dair saziş qüvvəyə minib

    1956. Azərbaycan Ali Məhkəməsi maarifçi və ictimai xadim Mədinə Qiyasbəyli barəsində ölüm hökmünü ləğv edərək ona bəraət verib (Qiyasbəyli 28 sentyabr 1937-də güllələnib)

    1973. Jurnalist Sevil Nuriyeva anadan olub

    1990. Aşıq Əkbər Cəfərov vəfat edib

    1990. Tacikistanın suverenliyi haqqında akt qəbul edilib

    1991. Ukrayna müstəqillik elan edib

    1995. "Windows 95" əməliyyat sistemi satışa çıxarılıb

    2008. İranın "Aseman Airlines" şirkətinə məxsus təyyarə Manas aeroportuna enərkən qəzaya uğrayıb, 65 nəfər həlak olub

    Günün aforizmi:

    "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?"

    Rəsulzadə, "Açıq söz" qəzeti, 24 avqust 1917
#24.08.2010 07:32 0 0 0