Robinyo “Milan”da

Son güncelleme: 31.08.2010 21:57
  • noimage

    Braziliya milli komandasının futbolçusu Robinyo İngiltərənin "Mançester Siti" klubundan İtaliyanın "Milan" komandasına keçib.

    Lent.az-ın "rossonyerlər"in rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb.

    Lakin sövdələşmənin maliyyə tərəfləri açıqlanmır. Robinyo "Mançester Siti"yə 2008-ci ilin yayında İspaniyanın "Real" klubundan keçib. Həmin vaxt "şəhərlilər" İngiltərə Premyer Liqası üçün rekord məbləğdə vəsaitə - 32,5 milyon funt sterlinqə bu transferi reallaşdırıblar. Lakin "sambaçı" Mançester təmsilçisinin heyətində möhkəmlənə bilmədiyi üçün bu ilin yanvarında Braziliya "Santos"una icarəyə verilib.

    Robinyo ilə bir neçə klub, o cümlədən, "Fənərbağça" (Türkiyə) və "Barselona" (İspaniya) da maraqlanırdı. Amma sonucda futbolçu "Fənər"dən, "Barsa" isə futbolçudan imtina edib.

    Qeyd edək ki, "Milan" yay transfer dövründə İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç və 2010-cu il dünya çempionatının "tapıntı"sı, Qana millisinin yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə də anlaşıb. Hər iki oyunçu "qara-qırmızılar"ın heyətində icarə əsasında çıxış edəcək.
#31.08.2010 21:57 0 0 0