Ağrı dağın zirvəsindən ermənilərə Azərbaycan mesajı

Son güncelleme: 03.09.2010 19:13
  • noimage

    Türkiyədə ülgüçülər orijinal aksiya keçiriblər.

    Lent.az-ın "ulgucuhaber.com" saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də AKP-nin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Türkiyədə keçiriləcək referendumda "yox" cavabı verəcəklərini bəyan edən İspartadakı Milli İttifaqın üzvləri Ağrı dağının zirvəsinə qalxıblar.

    Ağrı dağının zirvəsinə qalxan ülgüçülər Azərbaycana dəstəklərini, ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına etirazlarını da ifadə ediblər.

    Ülgüçülər bildiriblər ki, 3 həftə əvvəl Ağrı dağının zirvəsinə ermənistan bayrağını taxanlara, Xocalı faciəsini unudanlara, Türkiyə-ermənistan sərhədini açmaq istəyənlərə "yox" deyirlər. Ülgüçülər vurğulayıblar ki, Ağrı dağının zirvəsində Türkiyə ərazisində Kürdüstan kartı quranlara, öz gerblərində Ağrı dağını təsvir edən ermənilərə "yox" deyir və Azərbaycanla birgə olduqlarını bəyan edirlər.
    LENT.AZ
#03.09.2010 19:13 0 0 0