Azərbaycan gəmisi Dağıstanda həbs olunub

Son güncelleme:
  • noimage

    Gəmidə 10 Azərbaycan vətəndaşı olub

    Azərbaycana məxsus "Tayfun" gəmisi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


    APA-nın "RİA-Dağıstan" agentliyinə istinadən verdiyi məlumata görə, gəmidə 10 Azərbaycan vətəndaşı olub.

    Gəmi sentyabrın 7-də tutulub. Baxış zamanı gəmidə 3000 kq nərə balığı, həmçinin xeyli balıqçı toru və ləvazimatları aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır. Araşdırmaların yekununda aşkar olunmuş balıq qanunvericiliyə uyğun olaraq məhv ediləcək.

    Qaynaq:LENT.AZ
0 0 0