Türkiyə millisinin basketbol üzrə dünya çempionatının ¼ finalında Sloveniya ilə görüşünü tanınmış futbolçu Arda Turan da izləyib.
Lent.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, "Qalatasaray" klubunun kapitanı tribunada nişanlısı Sinem Koballa birgə olub.
Türkiyə millisinin futbolçusu 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Belçikanı 3:2 hesabı ilə yendikdən bir gün sonra "12 Dev Adam"ın Sloveniya üzərində 95:68 hesablı qələbəsinə sevinib.