Tırtıl Peçenye

Son güncelleme: 20.10.2010 11:27
  • Vəsaitlər:

    * 250 qr kərəyağı (bir qədər az istifadə etmək də olar)
    * 2 çay stəkanı günəbaxan yağı
    * 3 çay stəkanı pudra şəkəri
    * 1 çay stəkanı qatıq
    * götürdüyü qədər un
    * böyürtkən cemi
    * şokolad sousu
    * incə döyülmüş qoz içi


    Hazırlanması:


    1. Un və qabartma tozu xaric,qalan vəsaitləri qarışdırın. qarışığa bir miqdar un və bir paket qabartma tozu əlavə edin. Unu az-az əlavə edərək əlinizə yapışmayan bir xəmir əldə edin.Xəmiri 2-3 dəqiqə yoğurun.

    2. Xəmirin bir qisimini tırtıl uclu qıf formasındakı krem torbasına qoyun.Nimçəyə barmaq uzunluğunda xəmirlər düzəldirsən.Eyni prosesi qalan xəmirlər üçün də təkrarlayın.Əvvəldən qızdırılmış sobada üzərləri yüngül qızarana qədər bişirin.

    3. Tamamilə soyuyunca aralarına cem sürüb yapışdırın.Şokolad sousuna və qoz içinə batırı süfrəyə verin.
#08.10.2010 09:38 0 0 0
  • ellerine sağlık
#20.10.2010 11:27 0 0 0