Arpacik nədir?
Arpacik, kirpik kökündəki infeksiya səbəbiylə alt ya da üst göz qapağında yaranan, içi irin dolu, sızılı şişlikdir. Bəzi arpaciklar öz-özünə quruyub yox olar; çoxu isə bir həftədə partlayar və sızısı azalar.
İfadə edilər:
* Göz qapağında qırmızı, ağrı oyandıran şişlik
* Şişliyin ortasında içinin irin dolu olduğunu göstərən qabartı inkişafı
Nə etməli?
* Bir parça pambığı isti suyla isladıb sixin, arpacığın üzərinə yüngülcə qoyunn. İsti su vannasiyla arpacığın daha tez yetkinləşib partlamasını təmin edə bilərsiniz. Gündə üç dəfə, iki üç dəqiqə tətbiq edin.
* Arpacığın partlamasıyla sızısı da azalar. Qaynadılıb ıliqlasmis suya batırdığınız pambıqla irini ezmeden silərək təmizləyin.
Həkimə nə zaman müraciət edək?
* Bir həftə keçdiyi halda arpacik yaxşılaşmamışsa,
* Göz qapağı tamamilə şişmişsə,
* Göz ətrafındakı dəri tamam qızarmışsa,
* Uşaqda ayrıca kirpik kökü iltihabı da varsa ən qısa zamanda həkiminizə məsləhətləşməlisiniz.