Gözlərinizi sevirsinizsə yaşıl çay için

Son güncelleme: 17.10.2010 00:26
  • yaşıl çayın faydaları haqqında
    Bu günə qədər yaşıl çayın antioksidləşdirici təsiri və xəstəliklərlə mübarizə xüsusiyyəti olduğu bilinirdi. İndi də həm də gözlərə faydası olduğu müəyyən olundu.

    The Telegraph-da açıqlanan xəbərə görə , Hong Kong Chinese Universiteti və Hong Kong Göz Xəstəxanasında vəzifəli araşdırmaçıların təqdim etdiyi hesabatda işin ilk dəfə lupa, retina və digər göz toxularının bu maddələri necə sovurma etdiyini tapmağa istiqamətli araşdırmalar aparıldığı ifadə edildi. Hesabatda yaşıl çayın qlaukoma (göz təzyiqi) və digər çox yayılmış göz xəstəliklərini önləməyə köməkçi ola biləcəyi açıqlanır.


    Journal of Agricultural and Food Chemistry adlı tibb jurnalında nəşr olunan araşdırmada isə araşdırmaçılar yaşıl çayda olan "catechins" ( kateşin )adlı antioksidləşdirici növünün mədədən gözdəki toxulara keçə bildiyini söyləyirlər.

    C və E vitamini ehtiva edən kateşinlərin görməyə köməkçi olub olmadığı hələ bilinmir. Lakin araşdırmaçılar yaşıl çay içirilən dəniz donuzlarının gözlərinin kateşinlerdən faydalandığını müəyyən etdilər . İşin nəticələri, yaşıl çay istehlakının oksidləşdirmə stressə qarşı gözlərə faydalı ola biləcəyini işarə edir.
#17.10.2010 00:26 0 0 0