Hamilə qadınlar siqaret çəksə cərimələnəcək

Son güncelleme: 25.10.2010 19:29
  • hamiləlikdə siqaretin zərərləri
    Bu qadağa İtaliya hökümətindən gəlib. Bunu dünya şöhrətli italyan professoru Ciorlandino siyasətçilərdən ciddi surətdə tələb edib.
    "Gələcək ana dodağına siqaret aparanda bətnindəki körpə tüstüdən əziyyət çəkir. Əgər bu ananın öz hüququdursa, bəs körpənin hüququnu kim qorumalıdır?"-tanınmış professorun əsas arqumenti budur: "Körpə ana bətnində buna qarşı mübarizə apara bilmir, özünü qoruya bilmir. Gəlin biz o körpəni qoruyaq. Axı o körpələr bizim gələcəyimizdir!"
    Beləliklə, hamilə qadınlar siqaret çəksə, onlar yüksək məbləğdə cərimə olunacaqlar. Üstəlik, hamilə qadınların yanında siqaret çəkənləri də xüsusi cərimələr gözləyir.
    Dünyaya körpə gətirməyə hazırlaşan əziz analar, siqareti tullayın. Qoy sizin körpələriniz sağlam böyüsün. Axı, onlar bizim gələcəyimizdir!
#25.10.2010 19:29 0 0 0