Bu yaxınlarada televiziyada reklam edirdilər "Onun Yarisi " .Mənədə maraqlı oldu dünən baxdım və çox- çox xəcalət çəkdim . Aman allah .18 yaşında bir qızı anası göndərib get özünə ər tap .Dəhşətdi vallah .Məgər bu ananın ,bir böyüyü ,bir ağsaqqalı yoxdur .
Televiziyadan tapılan qızdan nə gəlin olar .O bəlkə də yaxşı qızdır ,ama məsəl var deyərlər el köçüb adəti köçməyib .Bizim analarımızı ,özümüzü necə seçib evləniblərsə övladlarımızlada elə evlənsələr yaxşı oımazmi?
Əvvəllər qızı ya toyda seçərdilər, yada bulaqda .Oğlan xəlvətcə qızın rəfiqəsinə deyərdi oda qıza .Qız azca razı olsaydı anasına ya bacısına söylərdi utana- utana .Heç "Dəli Kür "kinosuna baxmısız .Cahandar ağanın oğlu mollanın qızına sevgisini necə bildirir .Biz keçmişimizi beləmi unutmuşuq .
Bilmirəm ya mən köhnədən qalmışam ya savadsızam ama siz mənə deyin :Biz HARA gedirik?