İlham Əliyevdən Sensasion Qarabağ Açıqlaması

Son güncelleme: 15.11.2010 14:53
  • Azerice Haberler - Haber Kaynağı - Sizə Xəbərimiz Var - Azərbaycan Xəbərləri

    Dağlıq Qarabağ məsələsi yenidən mətbuatın aparıcı mövzularından birinə çevrilib. Xüsusilə də bu ay problemin həlli istiqamətində ciddi addımlar atıla biləcəyi barədə şərhlər, proqnozlar məsələnin aktuallığını çoxaldıb. ABŞ prezidenti Barak Obamanın Moskva səfərində rusiyalı həmkarı ilə müzakirə edəcəyi məsələlər sırasında Qarabağ mövzusunun da adı çəkilir ki, bu da müəyyən ümidlər yaradır. Qeyd edək ki, bu ayın ortalarında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutacaq.
    Bu arada "Trend" agentliyi iyulun 9-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya gələcəyi barədə məlumat yayıb. Amerikalı həmsədr Metyu Brayzanın sözlərinə görə, səfərdə məqsəd prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyulun ortalarında Moskvada keçirilməsi planlaşdırılan görüşünü təşkil etməkdir.
    ABŞ prezidenti ilə Türkiyə prezidenti Abdulla Gül arasında telefon danışığı zamanı Qafqazdakı vəziyyətin müzakirə olunması da diqqətçəkəndir. lent.az-ın xəbərinə görə, Gül həmkarına Türkiyə-Ermənistan münasibətlərindəki son vəziyyət barədə məlumat verib. İki lider ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli istiqamətindəki səyləri barədə də müzakirə aparıb.
#15.11.2010 14:53 0 0 0