Türkiyəli diva Həcc ziyarətindən sonra Bakıya gələcək

Son güncelleme: 17.11.2010 23:46
  • Kibariyə Bakıya gələcək xeber

    noimage


    Türkiyənin "fantazi" kraliçası və divası hesab olunan Kibariyə noyabrın 24-də Bakıya səfər edəcək.

    Lent.az-a etibarlı mənbədən daxil olan məlumata görə, məşhur sənətçi Bakının tanınmış və mötəbər işgüzar xanımlarından birinin oğlunun toy mərasimində iştirak edəcək.

    Mənbənin xəbərinə görə, xanım sənətçi Həcci ziyarət edəcək, noyabrın 23-də İstanbula dönəcək, səhəri gün - noyabrın 24-də Bakı Əyləncə Mərkəzində toy məclisində çıxış edəcək. Müğənni ilə bərabər azərbaycanlı sənətçilər arasında Röya Axan, Zamiq və İlqar Muradovun da iştirakı gözlənilir.

    Lent.az-ın araşdırmasına görə, məclisin təşkilatçısı şou-biznesin məşhur "Mr Tolik"idir.

    Nəzrin
#17.11.2010 23:46 0 0 0