Kəsmikli peçenyelər

Son güncelleme: 09.01.2011 14:07
  • noimage

    Lazım olan ərzaqlar:

    1 yumurta

    1 paçka kəsmik

    lazımi qədər un

    125 qr marqarin

    1 st şəkər tozu

    vanil



    Əvvəlcə yumurtanı çalırıq

    Üzərinə şəkər tozu əlavə edib qarışdırırıq


    Sonra yağ əlavə olunub çalınr


    Sonra kəsmik əlavə edirik


    Daha sonra un əlavə edib yoğururuq


    Bərk xəmir alınır


    Sonra yayrıq,çox qalın olmamalıdır və yumru kəsirik


    Sonrada qatlayırıq və üzərinə şəkər tozu tökürük
    Kəsmikli peçenyelər

    Və bişməyə qoyuruq


    Budur peçenyelərimiz hazırdır


    Nuş olsun!
    Müəllif: ShefeQ
#30.11.2010 22:54 0 0 0
  • paylaşdığın üçün çox sağol.:)
#01.12.2010 08:33 0 0 0
  • BISIRECEYIM. MEN BURA XEBER ARMAG ISTEYIREM BUNU NECE EDIM? XAHIS EDERDIM IMKAN OLSA KOMEK ET.
#09.01.2011 13:50 0 0 0
  • Kəsmikli peçenye
    Peçenyanın tərkibi:

    Kəsmik- 200 qram
    Yumurta- 2 ədəd
    Şəkər- 1 stəkan
    Un- 1 stəkan
    Marqarin-70 qram
    Qabartma tozu- 1 çay qaşığı

    Hazırlanma qaydası:
    Un qabartma tozu ilə qarışdırılaraq, ələnir. Kəsmik ya süzgəcdən, ya da ət çəkən maşınından keçirilir. Sonra marqarin yumuşaldılaraq, şəkərlə qarışdırılır. Yumurta, kəsmik və qabartma tozu ilə qarışdırılmış undan xəmir hazırlanır. Hazırlanmış xəmirdən hazır fiqurların köməkliyi ilə peçenyelər kəsilir. Yaxud əl ilə xəmirdən müxtəlif fiqurlar da düzəltmək olar. Kəsilmiş fiqurlar yağlanmış tavalara qoyularaq əvvəlcədən 230-250 dərəcədə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirilir.
#09.01.2011 14:07 0 0 0