Övlad arasında fərq

Son güncelleme: 04.12.2010 23:35
  • noimage

    Övlad sahibi olmaq hər ailə üçün ülvi arzu, böyük sevincdir. Lakin bəzən sevinci kədərə çevirərək ailənin xoşbəxtliyinə xələl gətirilir ki, söhbət ailələrdə qız uşaqlarına olan mənfi münasibətdən gedir. Nədənsə, yeni qurulmuş ailədə ilk uşağın oğlan olması böyük iftixar sayılır, bir neçə qızı olan valideyn sonda mütləq oğlu olacağına ümid edir, oğlu olmayan atalar narahatçılıq keçirirlər. Bəzi dardüşüncəli insanlar oğlan uşaqları olmadığı təqdirdə nəsillərinin kəsiləcəyini güman edir və həyat yoldaşlarını bunun əsas səbəbkarı hesab edirlər. Hətta bəzi ailələr bu səbəbdən ayrılmalı olurlar. Halbuki, dünyaya gələn övladın qız və ya oğlan olması qadından deyil, məhz kişidən asılıdır. Amma bunu bəzi kişilər düşünmürlər. İstər qız, istərsə də oğlan övladı valideyn üçün Allahın əmanətidir. Hər bir valideynin vəzifəsi övladlarına düzgün tərbiyə vermək, cəmiyyət üçün faydalı insan yetişdirməkdir. Allah övladları düzgün tərbiyə edib-etmədiyimiz barəsində bizləri axirətdə sorğu-sual edəcəkdir.

    Bəs siz bu haqda nə düşünürsünüz?
    Müəllif: leylahuseynova
#04.12.2010 23:35 0 0 0