Ağızdan gələn pis qoxu

Son güncelleme: 07.12.2010 18:36
  • Ağızdan gələn pis qoxu bir çox insanları narahat edir. Onu aradan qaldırmaq o qədər də asan deyil. Bunun üçün səbəbkar xəstəlikləri - karies, mədə turşuluğunun aşağı olması, qastrit və s... müalicə etmək lazımdır.

    Amma bunlardan əlavə bəzi metodlardan istifadə etmək olar. Qida məhsullarının bir çoxu pis qoxunu aradan qaldırır.

    Mütəxəssislər, yeyilən kərəviz, pendir, balıq və yaşıl çay kimi heyvansal və bitki mənşəli qidaların dişləri gücləndirərkən, ağız qoxusunu da aradan qaldırdığını vurğulayıblar.

    Kərəviz:

    Kərəviz dişləri iki yolla qoruyar. Kərəviz ekstra çiynəməyi gərəktirən bir qidadır. Bu ekstradan tüpürcək ifraz etməyi təmin edər, bu da çürüklərə səbəb olan bakteriyaları məhv edər. Buna ekstradan lifli ya da sərt quruluşdakı təbii yeməklər diş ətlərinə masaj edər və diş aralarını təmizləyər.

    Pendir:

    Pendir dişlər üçün birdən çox fayda təmin edir. İlk olaraq ağızın PH tarazlığını nizamlamağa köməkçi olar. Eyni zamanda çürüklərə qarşı qoruyub, yeni çürüklər meydana gəlməsinə mane olar. Xüsusilə şəkərli qidalar qəbulundan sonra yeyiləcək bir parça pendir, şəkərin dişləri çürütmə təsirini aradan qaldırma baxımından son dərəcə əhəmiyyətlidir.

    Yaşıl Çay:

    Yaşıl çayda olan katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına köməkçi olarkən eyni zamanda xərçəngə qarşıda təsirli olur. Bu səbəbdən ağız xərçənglərinə qarşıda təsirli bir maddədir. Bu maddə eyni zamanda pis ağız qoxusuna səbəb olan bakteriyaları da ağızdan uzaqlaşdırmağa köməkçi olur.

    Kivi:

    Vitamin C əskikliyi dişətlərini həssaslaşdıra, bakteriyalara qarşı daha müqavimətsizləşdirə bilər. Bu vəziyyətdə də periodontal narahatlığa tutula bilərsiniz. Bu vəziyyətlə qarşılamamaq üçün kifayət qədər C vitamini qəbul etməlisiniz və bunun üçün kivini seçə bilərsiniz, çünki kivi digər meyvələrə görə daha çox vitamin C ehtiva edir.

    Qatıq:

    Kalsium baxımından zəngin olan qatığın dişlərə olan faydaları saymaqla bitməz. Kalsium periodontal narahatlığı olan kəslərdəki diş kökləri iltihablı cib sayını azaldar. Kalsium, periodontal narahatlıq səbəbindən meydana gəlmiş sallantılı və zəif dişləri yaxşılaşdırmada köməkçi olar. Kalsium, diş itkinlərinin qarşısının alınmasına kömək edər. Əgər sizdə diş sağlamlığınızı düşünürsünüzsə, kalsium anbarı olan yeməkləri seçin.

    Cəfəri:

    Ağız qoxusuna səbəb olan yeməkləri istehlak etdikdən sonra bir az cəfəri çeynəmək xoş bir ağız qoxusuna sahib olmanıza köməkçi olacaq. Bu sayədə isə pis ağız qoxusu cəfəri sayəsində xoş bir qoxuya çevrilər.

    Çiyələk:

    Çiyələk dişlərə və dişətlərinə xeyirlidir. Eyni zamanda diş daşlarından təbii üsulla xilas olmanın düsturunu daşımaqdadır. İçində olan müxtəlif turşular diş diblərində yığılan daşları əridər. Diş daşlarının meydana gəlməsinin qarşısını alar.

    Quru çərəzlər:

    Quru çərəzlər dişi örtərək bakteriyalara qarşı qoruyucu bir təbəqə meydana gətirən təbii yağlar ehtiva edərlər. Bu yağlar diş minasının güclənməsinə köməkçi olaraq çürümələrə qarşı daha dayanıqlı olmasını təmin edər və nüvələri də kalsium ehtiva edər.

    Alma:

    Alma, qabıqla yeyilməsiı bir tərəfdən dişlərin qüvvətlənməsini təmin edərkən, digər tərəfdən də içərisindəki maddələrlə dişləri təmizləyər. Alma, kök kimi meyvələri dişləyərəkyemək tövsiyə edilir.

    Balıq:

    Balığın tərkibindəki fosfor, sümük və diş toxumasının temel maddələrindən bir dənəsidir. Bunlarda dişləri sərtləşdirən fosfor var. Bu səbəbdən daha sağlam dişlər üçün həftədə bir dəfə balıq yemək məsləhət görülür.
#07.12.2010 18:36 0 0 0