Dadaizm Nədir

Son güncelleme: 07.12.2010 20:02
  • Dadaizm haqqında
    Trestan Tszara fransız lüğətindən ilk rast gəldiyi "dada" (mənası da "oyuncaq at") sözünü öz yeni yaranmiş cərəyanlari ücün ad secir. Ən maraqlisi da odu ki, bu ad zənci tayfalarından birinin dilində "müqəddəs inəyin quyruğu" mənasında işlənir. Adın tamam mənasızlığı dadaistlərin hər şeyi ele salmaları ile bağlıdı.

    Dadaistlər qəzetden kəsdikləri sözləri yanaşı düzərək yaratdıqları nümunələri sənət əsəri adlandırırdılar ve bu əlaqəsizliyi ise onlar inqilabilik kimi qələmə verirdiler. Onların asanlıqla hər şeyi elə salir, inkar edir ve puçluğu ise simvollari hesab edirdiler.

    Bezumeç, postmodernizmlə dadaizmin fərqi ondadır ki, dadaistler özündən əvvəl yaranmış bütün klasshik dəyərləri inkar edir amma postmodernislər isə eksine klasshik dəyərlərə əsaslanaraq onlari yeni tərzdə canlandırırdı.Dadaistlər nihilist idilər,postmodernislərsə yox.
    Ümidsizlik, iztirab, terorçuluq və birinci dünya savaşının səmərəsindən, dadaism yaranmağa başladı.

    Dadaism, sarsılmış və heç nəyə ümidləri olmayan insanların şərh halı da hesablamaq olardı.
    Bu üsyankar məktəbə bağlı olanların əsas qəsdi toplum, sənət və mənəviyyətə qarşı çıxmağı idı. Onlar bəşəriyyəti məntiq, ağıl və dilə olan bağlılıqlarından tam azad etmək niyyətində olmaqla hər nəyi inkar edirdilər.

    Bu məktəbin şairləri, qəzetlərdən kəlmələri cırıb bir - birinin yanına düzməklə şer yaratmaq zorundaydılar. Kəlmələrin azad olmağına düşünürdülər.
    1916 - cı ildə avrupada yaranan dada zurix şəhərində bir neçə yazıçı və sənətkar əlilə quruldu. Fransızlı Jan Arp və Rumaniyalı olan Trisan Tesaranı bu məktəbin əsas qurucularından adlandırmaq olar.
    Önəmli olan daha bir söz, dadaismdən döğulan surealismin yaranmasıdır. Dadaismlər hər nəyi inkar etsələr də yeni məktəblərin yaranmasında əsas təsirlər qoyublar.

    Dad birinci dünya savaşının son çağlarında, almanyada da inkişaf taparkən, militarism və nasyonalismə qarşı çıxdı. Zurx şəhəri ilə bərabər Niyoyork şəhəri də, dadaism məktəbinin hərəkatına çevrildi.
    Bu məktəbə üz gətirən şairlərdən, Berton, Pikabiya, Tristan Tesa, Aragon, Əlvar, Apoline, Məx Jakop və Soyo kimiləri ad aparmaq olar.
#07.12.2010 20:02 0 0 0