Bu dərmanlar insan orqanizmində ciddi xəstəliklərə yol açır
Kaliforniyadakı Stanford Universitetinin professorları Les Dethlefsen və David Relmanın apardığı araşdırma bir çox insannın mütəmadi istifadə etdiyi antibiotiklərlə bağlı bu vaxta qədər bilinməyən şok gerçəyi üzə çıxarıb.
Lent.az-ın "National Academy of Sciences" jurnalına istinadən verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, hətta zəif antibiotiklər belə mədə-bağırsaq sistemində mövcud olan bakteriyaların tarazlığını ciddi şəkildə poza bilir və bu da ciddi sağlamlıq problemlərinə yol açır.
Başqa sözlə, antibiotiklər insan bədənində yaşayan xeyirli bakteriyalara belə zərər verir. Araşdırma zamanı könüllü olaraq bu prosesdə iştirak edən 3 qadına 10 ay boyunca 5 gün fasilələrlə gündə 2 "Ciprofloxacin" adlı antibiotik həbi verilib. Bu qadınlar hər gün testdən keçiriliblər. Analimzlər göstərib ki, antibiotik bədəndəki bütün xeyirli bakteriyalara zərər verir.
Professor Les Dethlefsen və David Relman antibiotikin bağırsaqlardakı təsirinin çox güclü və təsirli olduğunu bildiriblər. Alimlər qeyd ediblər ki, antibiotik qəbulundan sonra mədə-bağırsaq sistemində bir hissəsi məhv olan xeyirli bakteriya populyasiyaları bir həftə sonra özlərini bərpa etməyə başlayırlar. Amma bu, bakteriyaların öncəki durum səviyyəsində bərpasını təmin etmir.
Mütəmadi qəbul edilən antibiotiklərin dözümlü bakteriyaların artmasına da yol açacağını bildirən alimlər bədəndəki xeyirli və zərərli bakteriyaların tarazlığının pozulmasının insanlarda antibiotikə davamlı genlərin artmasını şərtləndirəcəyini də vurğulayıblar.
Qeyd edək ki, bağırsaqlardakı mikroblar qidanın həzminə yardım edir, xeyirli bakteriyalar zərərli bakteriyaları zərərsizləşdirir. Bağırsaq bakteriyalarının şişmanlıq xəstəliyinə təsir göstərdiyi, allergiyalarda da rol oynadığı məlumdur. Ana südündə olan "lactobacillus reuteri" bakteriyası körpəni rotavirüs infeksiyalarından qoruyur.